Bank Of Baku

Qafqaz Müsəlmanları İdarəsinin İsraillə bağlı müraciəti İKT-yə bu gün göndəriləcək

Qafqaz Müsəlmanları İdarəsinin İsraillə bağlı müraciəti İKT-yə bu gün göndəriləcək
# 07 yanvar 2009 09:32 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) İsrailin Fələstində həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı İslam Konfransı Təşkilatına (İKT) müraciəti bu gün göndəriləcək. APA-nın xəbərinə görə, bu barədə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə bildirib. QMİ sədri müraciətdə İKT-nin növbədənkənar iclasının çağırılmasının, İsrailin Qəzzaya hücumu ilə bağlı orada müzakirələr açılmasının qeyd olunduğunu bildirib: “Biz müharibənin tezliklə dayandırılmasını istəyirik”.

Son bir həftə ərzində məsələ ilə bağlı bütün Qafqaz müftiləri ilə məsləhətləşmələr apardığını bildirən Şeyxülislam verdikləri bəyanatın və müraciətin müsbət təsir göstərəcəyinə inandığını deyib: “İnanıram ki, müsəlmanların qırğınına səbəb olan müharibə tezliklə dayandırılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR