Bank Of Baku

Xristian icması Xaçmazda Milad bayramını qeyd edir

Xristian icması Xaçmazda Milad bayramını qeyd edir
# 07 yanvar 2009 14:33 (UTC +04:00)
Xaçmaz. Solmaz Mehdiyeva-APA. Milad bayramı Azərbaycanın şimal bölgəsində yaşayan xristian icması tərəfindən də qeyd olunur. Səhər saatlarından başlayaraq icma üzvləri Xaçmaz şəhərindəki pravoslav kilsəsinə toplaşıblar. Mərasimdə iştirak edən Bakı və Xəzəryanı Yeparxiyanın təmsilçisi Venidikt Zaytsev APA-nın şimal bürosuna verdiyi açıqlamada şimal bölgəsində bu bayramın sabitlik şəraitində keçirilməsini Azərbaycanda dinlərarası tolerantlığın bariz nümunəsi kimi qiymətləndirib. O, qeyd edib ki, İsa peyğəmbərin doğuluşunu bayram etmək üçün kilsəyə toplaşanlar ölkəmizə sülh və əmin-amanlıq arzulayıb, insanlar arasında sevgi, inam və məhəbbət hisslərinin daha da artması üçün dualar edirlər. Venidikt Zaytsev Milad bayramının keçirilməsi üçün hər cür şərait olduğunu və tədbirin yüksək səviyyədə təşkil edildiyini də vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR