Bank Of Baku

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanında keçiriləcək beynəlxalq konfransda Qəzzada baş verən hadisələrlə bağlı çıxış edəcək

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanında keçiriləcək beynəlxalq konfransda Qəzzada baş verən hadisələrlə bağlı çıxış edəcək
# 14 yanvar 2009 13:13 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə “Fətva və onun qaydaları” mövzusunda yanvarın 17-dən 21-dək Səudiyyə Ərəbistanında keçiriləcək beynəlxalq konfransda iştirak edəcək. QMİ-dən APA-ya daxil olan məlumata görə, İslam Dünyası Liqasının keçirdiyi tədbirdə A. Paşazadə çıxış edəcək. QMİ sədri məruzəsində İslam dünyasını ən çox narahat edən Qəzzada baş verən hadisələrlə bağlı fikirlərini səsləndirəcək, problemin həllində İslam ölkələrinin həmrəyliyi, daha qətiyyətli mövqe tutmalarının vacibliyi haqqında danışacaq.

Artıq Səudiyyə Ərəbistanı Krallığında olan A. Paşazadə Məkkə şəhərində Kəbə evinin yuyulması mərasiminə qatılıb.

Qeyd edək ki, hər il Həcc mövsümünün başa çatmasından sonra həyata keçirilən bu mərasimə İslam aləminin ən nüfuzlu şəxsləri Səudiyyə Ərəbistanı kralı tərəfindən xüsusi olaraq dəvət olunurlar. Məhdud sayda insanın iştirakı ilə gerçəkləşən bu mərasimdə müqəddəs Kəbə evinin qapıları açılır, dəvətlilər içəri daxil olaraq namaz qılır və dualar edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR