Bank Of Baku

“Əbu Bəkr” məscidinin açılması ilə bağlı apellyasiya şikayətinə fevralın 19-da baxılacaq

“Əbu Bəkr” məscidinin açılması ilə bağlı apellyasiya şikayətinə fevralın 19-da baxılacaq
# 27 yanvar 2009 09:22 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. “Nərimanov rayon dindarları” Dini İcmasının Nərimanov Rayon Məhkəməsinin qərarından verdiyi şikayətə fevralın 19-da baxılacaq. İddiaçı tərəfin vəkili Cavanşir Süleymanovun APA-ya verdiyi məlumata görə, “Əbu Bəkr” məscidinin açılmaması barədə Nərimanov rayon Məhkəməsinin çıxardığı qərardan verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsində hakim İlham Əsədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, “Nərimanov rayon dindarları” Dini İcması “Əbu Bəkr” məscidinin açılması tələbi ilə Nərimanov rayon Polis İdarəsini məhkəməyə verib. Məhkəmə birinci dəfə iddianı təmin edərək məscidin açılması barədə qərar çıxarıb. Lakin sonradan cavabdeh tərəfin şikayəti əsasında məhkəmə işə yenidən baxıb. 2008-ci il dekabrın 23-də hakim Turqay Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə iddianı rədd edib. Buna səbəb kimi məsciddə baş vermiş terror hadisəsi ilə əlaqədar aparılan istintaqın hələ yekunlaşmaması göstərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR