Bank Of Baku

NATO-nun Neapoldakı Birləşmiş Qüvvələr Komandanlığının ekspert-təlim qrupu Azərbaycana gəlib

NATO-nun Neapoldakı Birləşmiş Qüvvələr Komandanlığının ekspert-təlim qrupu Azərbaycana gəlib
# 09 fevral 2009 13:26 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. NATO-nun Neapoldakı Birləşmiş Qüvvələr Komandanlığının ekspert-təlim qrupu (Çavuşlar üçün Birləşmiş Səyyar Təlim və Tədris Qrupu) Azərbaycana gəlib. Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib. Qrup Azərbaycan Silahlı Qüvvələrində çavuş hazırlığı prosesi ilə tanış olacaq, orduda çavuş heyətinin peşəkarlığının artırılmasına dair tövsiyələr verəcək. Səfər çərçivəsində NATO ekspertlərinin iştirakı ilə Bakıda “Çavuşların müxtəlif funksional sahələr üzrə təlim kursu” keçirilməsi də planlaşdırılır.

Qeyd edək ki, NATO və ABŞ-ın Avropa Komandanlığı (EUCOM) Azərbaycan Silahlı Qüvvələrinin çavuş heyətinin hazırlanmasına yardım göstərir. EUCOM 2008-ci ildə Müdafiə Nazirliyinin Qaraheybətdəki Çavuş Hazırlığı Məktəbi üçün kompüter avadanlıqlarının alınmasına 149 min ABŞ dolları, atəş sahəsinin və lazer atəş sistemlərinin yenilənməsinə, lazer atəş təlim sistemlərinin qurulmasına təxminən 2,5 milyon dollar, təlim qrupuna isə 200 min dollar vəsait ayırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR