Bank Of Baku

Ötən il Azərbaycana 59 adda zərərli dini ədəbiyyatın gətirilməsinin qarşısı alınıb

Ötən il Azərbaycana 59 adda zərərli dini ədəbiyyatın gətirilməsinin qarşısı alınıb
# 11 fevral 2009 09:53 (UTC +04:00)
Bakı-APA. Ötən il Azərbaycanda 102 dini icma qeydiyyata alınıb. Bu barədə APA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib. Bununla da qurumda qeydiyyatdan keçmiş dini icmaların sayı 533-ə çatıb. Ötən il dövlət qeydiyyatından keçmiş dini icmalardan 101-i islam, 1-i qeyri-islam təmayüllüdür (Sumqayıt şəhər «Kübar» yəhudilər dini icması). Ötən il ölkəyə zərərli dini ədəbiyyatın idxalı və yayılması da azalıb. Bu faktı DQİDK-da ekspertizadan keçirilmiş dini kitabların arasında aşkarlanmış zərərli dini ədəbiyyatın sayı da təsdiqləyir. Əvvəlki illərlə müqayisədə son iki ildə ekspertizaya təqdim olunmuş dini kitabların sırasında zərərli dini ədəbiyyata daha az rast gəlinib. 2008-ci ildə əvvəlki illərlə müqayisədə xeyli çox - 1507 adda dini ədəbiyyata baxılıb, dini dözümsüzlüyü və ayrı-seçkiliyi təbliğ edən 59 adda kitabın ölkəyə idxalı və yayılmasının qarşısı alınıb. Ötən il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yerli icra hakimiyyəti və hüquq-mühafizə orqanlarının rəhbərlərinin, digər müvafiq qurumların nümayəndələrinin iştirakı ilə şəhər və rayonlarda müşavirələr keçirib. Bu müşavirələrdə mövcud dini durum, zərərli dini təriqətlərin yayılmasının qarşısının alınması yolları barədə geniş müzakirələr aparılıb və müvafiq tövsiyələr verilib. Məlumatda bildirilir ki, ötən il gənc mütəxəssislərin dövlət qulluğuna işə qəbul olunması və Dövlət Komitəsinin kadr potensialının gücləndirilməsi istiqamətində də müvafiq işlər görülüb. Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə müvafiq əməkdaşlıq əlaqələri quran DQİDK-ə 2008-ci ildə 11 gənc mütəxəssis işə qəbul olunub, onların ixtisaslı kadrlar kimi yetişməsi üçün lazımi şərait yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR