Bank Of Baku

Allahşükür Paşazadə Qətərin və Misirin Azərbaycandakı səfirlərini qəbul edib

Allahşükür Paşazadə Qətərin və Misirin Azərbaycandakı səfirlərini qəbul edib
# 04 mart 2009 10:30 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Qətərin Azərbaycandakı səfiri Mübarək bin Fəhd Al Sanini qəbul edib. QMİ-dən APA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycan və Qətər arasında dini əlaqələr, onların perspektivləri barədə fikir mübadiləsi aparılıb.

QMİ sədri, həmçinin Misirin Azərbaycandakı səfiri Sabir Mənsuru da qəbul edib. Görüşdə Azərbaycanla Misir arasında əlaqələrin yüksək səviyyədə inkişaf etdiyi qeyd olunub. Səfir Azərbaycanla Misir arasında təhsil, o cümlədən dini təhsil və tələbə mübadiləsi sahəsində əldə olunan uğurlardan danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR