Bank Of Baku

Qafqaz Müsəlmanları İdarəsinin sədri Misirə gedir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Misirə gedir
# 04 mart 2009 10:36 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə martın 5-də Misirə səfər edəcək. QMİ-dən APA-ya daxil olan məlumata görə, səfər zaman A. Paşazadə Misir prezidenti Hüsnü Mübarəkin rəhbərlik etdiyi İslam İşləri üzrə Ali Məclisin 5-8 mart tarixində keçiriləcək növbəti iclasınsa iştirak edəcək. Şeyx üzvü olduğu Ali Məclisin budəfəki toplantısı “İslam fikrinin yeniləşdirilməsi” mövzusuna həsr olunacaq.

Toplantıda məruzə ilə çıxış edəcək A. Paşazadə qloballaşma dövrünün zərərli təsirlərinin qarşısının alınması və dinlərarası dialoqun inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlərlə bağlı fikirlərini açıqlayacaq.

QMİ-dən, həmçinin bildirilib ki, idarə sədrinin birinci müavini, Müfti Salman Musayev İranda keçiriləcək “Fələstinə dəstək: müqavimətin təzahürü, cinayətin qurbanı olan Qəzza” mövzusunda konfransda iştirak etmək üçün Tehrana yola düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR