Bank Of Baku

Hidayət Orucov Qətərin Azərbaycandakı səfirini qəbul edib

Hidayət Orucov Qətərin Azərbaycandakı səfirini qəbul edib
# 05 mart 2009 15:22 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov Qətərin Azərbaycandakı səfiri Mübarək bin Fəhd Al Sanini qəbul edib. Komitədən APA-ya daxil olan məlumata görə, H. Orucov Azərbaycanın islam ölkələri ilə əlaqələrin möhkəmlənməsinə xüsusi diqqət yetirdiyini deyib. Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycanın 20 faiz torpağının işğal edildiyini bildirən komitə sədri müsəlman dövlətləri arasında həmrəyliyin çox mühüm amil olduğunu vurğulayıb: “Müsəlman dövlətləri bir-birlərinin problemlərinə həssaslıqla yanaşmalıdırlar. Qarabağda ermənilər 20 il ərzində etnik təmizləmə aparıblar, Azərbaycanın bütün tarixi, dini, maddi-mədəniyyət abidələri məhv edilib. Biz arzu edərdik ki, Qətər dövləti Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında ölkəmizə yardımçı olsun”.

Səfir isə ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və öz mövqeyini bütün beynəlxalq təşkilatlarda ifadə etdiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR