Bank Of Baku

Hidayət Orucov Gürcüstanın dövlət naziri ilə görüşüb

Hidayət Orucov Gürcüstanın dövlət naziri ilə görüşüb
# 06 mart 2009 12:18 (UTC +04:00)
Bakı – APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Gürcüstanın diaspora işləri üzrə dövlət naziri Yulon Qaqoşidzeni qəbul edib. Komitədən APA-ya verilən məlumata görə, H. Orucov Azərbaycan və Gürcüstan arasında tarixi əlaqələrin mövcudluğunu, iki xalqın bir-biri ilə dostluq və mehriban qonşuluq münasibətində olduğunu deyib. O, Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə qurulduğunu vurğulayaraq hər bir vətəndaşın dini etiqad azadlığının təmin olunduğunu və qanunla qorunduğunu söyləyib. Komitə sədri Gürcüstanda azərbaycanlılar yaşayan bölgələrdəki məscidlərin tikintisi və bərpası ilə bağlı məsələləri də qonağın diqqətinə çatdırıb.
Görüşdə Gürcüstanın Azərbaycandakı səfiri Nikoloz Natbiladze də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR