Bank Of Baku

Son bir ildə Azərbaycanda 102 dini icma dövlət qeydiyyatına alınıb

Son bir ildə Azərbaycanda 102 dini icma dövlət qeydiyyatına alınıb
# 12 mart 2009 14:48 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Ötən il din sahəsində cərəyan edən proseslərə nəzarət gücləndirilib, radikal dini qrupların fəaliyyəti məhdudlaşdırılıb, dini maarifləndirmə işi xeyli canlandırılıb, ictimai-siyasi həyatda dindarların yaxından iştirakı təmin olunub”. APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2008-ci ilin yekunlarına dair hesabatında bildirilib. Hesabatda ötən il ölkədə dini durumun sabit olduğu, dövlət-din münasibətlərinin mövcud qanunvericiliyin tələblərinə uyğun tənzimləndiyi qeyd olunub: “Şəhər və rayon icra hakimiyyəti orqanlarında yaradılan dini işlər üzrə komissiyaların iştirakı ilə regionlarda dini dəyərlərin təbliği, din sahəsində mənfi halların aradan qaldırılması məqsədi ilə müşavirələr, seminarlar keçirilib, zərərli dini ədəbiyyatın nəşri və yayılmasının qarşısı demək olar ki, alınıb”.

Hesabatda, həmçinin dini icmaların Dövlət Komitəsində yenidən qeydiyyatdan keçirilməsi üçün müvafiq işlərin görüldüyü, son bir ildə 102 dini icmanın qeydiyyata alındığı, evlərdə fəaliyyət göstərən dini icmaların hüquqi ünvanlarının məscidlərə keçirilməsi istiqamətində işlərin davam etdirildiyi bildirilib: “Hazırda ölkədə 529 dini icma qeydiyyatdan keçib. Dövlət Komitəsinin orqanı olan “Dövlət və din” toplusunun nəşri, ölkənin bütün şəhər və rayonlarında keçirilən 59 seminar-məşğələlərə minlərlə dinləyicinin cəlb edilməsi, dini maarifçilik işinin yaxşılaşdırılmasına müsbət təsir göstərib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR