Bank Of Baku

“Əbu Bəkr” məscidinin fəaliyyətinin dayandırılması barədə qərardan kassasiya şikayəti verilib

“Əbu Bəkr” məscidinin fəaliyyətinin dayandırılması barədə qərardan kassasiya şikayəti verilib
# 30 mart 2009 10:01 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. “Nərimanov rayon dindarları” Dini İcması Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib. Bu barədə APA-ya “Nərimanov rayon dindarları” Dini İcmasının vəkili Cavanşir Süleymanov bildirib. Vəkilin sözlərinə görə, Bakı Apellyasiya Məhkəməsinin qərarından Azərbaycan Ali Məhkəməsinə şikayət ötən gün ünvanlanıb. C. Süleymanov “Əbu Bəkr” məscidinin açılmasına qoyulan qadağanın ləğv edilməsində israrlı olduqlarını da sözlərinə əlavə edib: ““Əbu Bəkr” məscidinin fəaliyyətinə qoyulan qadağa ədalətsiz qərardır. Artıq məsciddə baş verən terror hadisəsi ilə bağlı başlanan cinayət işinin istintaqı da yekunlaşıb. Bundan sonra məscidin bağlı qalması üçün heç bir əsas yoxdur”.

Qeyd edək ki, “Nərimanov rayon dindarları” Dini İcması “Əbu Bəkr” məscidinin açılması tələbi ilə Nərimanov rayon Polis İdarəsini məhkəməyə verib. Məhkəmə birinci dəfə iddianı təmin edərək məscidin fəaliyyətinin bərpası barədə qərar çıxarıb. Lakin sonradan cavabdeh tərəfin şikayəti əsasında məhkəmə işə yenidən baxıb və 2008-ci il dekabrın 23-də iddianı rədd edib. Buna səbəb kimi məsciddə baş vermiş terror hadisəsi ilə əlaqədar aparılan istintaqın hələ yekunlaşmaması göstərilib. Bakı Apellyasiya Məhkəməsi isə “Nərimanov rayon dindarları” Dini İcması Nərimanov rayon Məhkəməsinin qərarından verdiyi şikayəti təmin etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR