Bank Of Baku

Gəncədə fəaliyyəti qadağan olunmuş xristian dini sektasının üzvlərinin gizli toplaşdığı yer aşkarlanıb

Gəncədə fəaliyyəti qadağan olunmuş xristian dini sektasının üzvlərinin gizli toplaşdığı yer aşkarlanıb
# 10 aprel 2009 11:46 (UTC +04:00)
Gəncə şəhər Polis İdarəsi rəisinin köməkçisi Yaşar İsmayılovun APA-nın qərb bürosuna verdiyi məlumata görə, Daxili İşlər Nazirliyinin 17.03.09 tarixli “Radikal dini təriqətlərin dini ekstremizmi yaymasının qarşısının alınmasına dair” Plana uyğun olaraq, aprelin 9-da keçirilən əməliyyat tədbirləri nəticəsində Gəncə sakini Yeganə İbrahim qızı Qəhrəmanovaya məxsus evdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməmiş “Yəhovanın şahidləri” xristian sektasının üzvlərinin qanunsuz yığıncağı aşkar edilib.

Gəncə şəhəri, Nərimanov prospekti, 35 ünvanda yerləşən şəxsi mülkdə təşkil olunmuş toplantıda “Yəhovanın şahidləri” sektasının üzvü olan 76 vətəndaşın iştirak etdiyi məlum olub. Onlardan 21-i azyaşlı uşaq, 39-u qadın, 16-sı isə kişidir.

Ev sahibəsi, “Yəhovanın şəhidləri”nin fəallarından olan Y. Qəhrəmanova, icmanın rəhbəri, 1964-cü il təvəllüdlü Saləddin Bilal oğlu Məmmədov, Goranboy rayon, Dəliməmmədli şəhər sakini, 1984-cü il təvəllüdlü, əvvəllər hərbi xidmətdən yayındığına görə məhkum olunmuş Samir Asif oğlu Hüseynov və 1987-ci il təvəllüdlü Gəncə şəhər sakini Rəşad Hüseyn oğlu Niftəliyev protokol tərtib edilməklə, inzibati qaydada məsuliyyətə cəlb ediliblər.

Toplantıda iştirak edən digər şəxslərə isə şifahi xəbərdarlıq edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR