Bank Of Baku

Katoliklər Pasxa bayramını qeyd edirlər

Katoliklər Pasxa bayramını qeyd edirlər
# 10 aprel 2009 13:23 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Dünya katolikləri Pasxa bayramını qeyd edirlər. APA-nın məlumatına görə, bu bayram ən vacib xristian bayramıdır. Onun keçirilmə tarixi Nikey kilsəsi tərəfindən 325-ci ildə müəyyənləşib. Bu bayram yaz girəndən sonra ay bədirlənməsindən sonrakı ilk bazar günü qeyd olunur. Katolik Pasxası martın 22-dən aprelin 25-nə olan müddətə təsadüf edə bilir. Pravoslav xristianlar isə bu bayramı daha sonra qeyd edir. Bu il pravoslavlar Pasxanı aprelin 19-da qeyd edəcəklər. 1977-ci ildə Roma Papası 6-cı Pavel bu bayramı eyni gündə, aprelin 2-ci bazar günündə qeyd etmək üçün pravoslavlarla razılığa gəlməyə cəhd etsə də, razılıq əldə olunmamışdı.
Bakı katolik kilsəsində bu gündən başlayaraq sabah və birigün Pasxa ilə bağlı ingilis və rus dillərində müvafiq ibadət mərasimləri keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR