Bank Of Baku

Bərdədə qanunsuz dini sektaların fəaliyyəti genişlənir

Bərdədə qanunsuz dini sektaların fəaliyyəti genişlənir
# 14 aprel 2009 11:09 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu-APA. Bölgələrdə qanunsuz fəaliyyət göstərən dini sektaların üzvləri nəzərəçarpacaq dərəcədə artır. APA-nın Qarabağ bürosunun məlumatına görə, Bərdədə “Yəhovanın şahidləri” və vəhhabi dini cərəyanlarının şəbəkəsi genişlənməkdədir. Artıq rayon sakinləri arasında 30 nəfərə yaxın adam “Yəhovanın şahidləri” dini sektasına qoşulub. Vəhhabilərin sayı isə bundan bir qədər çoxdur. Hətta rayon ərazisində vəhhabilərin daha çox toplaşdığı məscidlərdən birinin fəaliyyəti dayandırılıb. Bundan başqa, qanunsuz dini ədəbiyyatların müsadirəsinə görə “Yəhovanın şahidləri” dini cərəyanının üzvləri ilə Bərdə rayon Polis Şöbəsi arasında bir neçə dəfə məhkəmə çəkişməsi olub. Apelyasiya məhkəməsinə qədər gedib çıxan mübarizədə məhkəmələr hər dəfə Bərdə RPŞ-nin xeyrinə qərar çıxarıb. Bərdə Cümə Məscidinin axundu Ramazan Hüseynov APA-nın Qarabağ bürosuna müsahibəsində bildirib ki, dini sektaların genişlənməsinə qarşı yerli dindarlar tərəfindən müntəzəm olaraq əhali arasında maarifləndirmə işi aparılır. APA-nın Qarabağ bürosunun araşdırmalarında o da məlum olub ki, Bərdədə ilk dəfə vəhhabiliyin işartılarına vaxtilə rayon ərazisində məcburi köçkünlərin məskunlaşdığı “Ərəb-1”, “Ərəb-2” çadır şəhərciklərində rast gəlinib. Həmin dövrlərdə sözügedən çadır şəhərcikləri ərəblərin himayəsində olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR