Bank Of Baku

“İslam mədəniyyəti və müasir dünyada dialoq” mövzusunda konfrans keçiriləcək

“İslam mədəniyyəti və müasir dünyada dialoq” mövzusunda konfrans keçiriləcək
# 29 aprel 2009 13:32 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Sabah Dialoq Avrasiya Platforması və “Dialoq Avrasiya” (DA) jurnalının Azərbaycanda fəaliyyətinin 10 ilinin tamam olması münasibətilə “İslam mədəniyyəti və müasir dünyada dialoq” mövzusunda konfrans keçiriləcək. Bu barədə APA-ya Dialoq Avrasiya Platformasının rəhbəri Mustafa Saatçı bildirib. Onun sözlərinə görə, Heydər Əliyevin xatirəsinə həsr edilmiş tədbirdə Azərbaycan, Türkiyə və Rusiyadan mütəxəssislər iştirak edəcək. Təşkilatın rəhbəri deyib ki, fəaliyyəti dövründə “Dialoq Avrasiya” Azərbaycanda, Türkiyədə və digər türk cümhuriyyətlərində birlik və bərabərlik üçün çox mühüm işlər görüb.
Qeyd edək ki, Dialoq Avrasiya Platforması 1998-ci ildə Türkiyədə yaradılıb, Azərbaycanda isə fəaliyyətə 1999-cu ildən başlayıb. Təşkilatın “Dialoq Avrasiya” (DA)
Jurnalının ilk nömrəsinin təqdimatı 2000-ci ildə Heydər Əliyevin iştirakı ilə keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR