Bank Of Baku

Şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə gedir

Şeyxülislam Allahşükür Paşazadə Türkiyəyə gedir
# 08 may 2009 12:13 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 11-də Türkiyəyə yola düşəcək. QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfərdə məqsəd Avrasiya İslam Şurasının 12-15 may tarixlərində İstanbulda keçiriləcək yeddinci toplantısında iştirak etməkdir.
İstanbulun məşhur Dolmabağça Sarayında keçiriləcək toplantıda Avrasiya məkanında tarixi qardaşlıq əlaqələrinə malik ölkələrin dini qurumlarının rəhbərləri və təmsilçiləri bir araya gələrək, müxtəlif mövzularda fikir mübadiləsi aparacaq, ortaq fəaliyyət istiqamətlərini müəyyən edəcəklər.

Builki toplantıda, əsasən, ilahiyyat təhsili, dini maarifləndirmə ilə bağlı məsələlər müzakirə olunacaq.

Avrasiya İslam Şurasının Rəyasət Heyətinin üzvü olan Şeyxülislam A. Paşazadə toplantıda məruzə ilə çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR