Bank Of Baku

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri: “Dövlət komitəsində “Neft daşları”nda inşa olunmuş hansısa məscid qeydiyyatdan keçməyib”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri: “Dövlət komitəsində “Neft daşları”nda inşa olunmuş hansısa məscid qeydiyyatdan keçməyib”
# 12 may 2009 15:38 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Nə “Neft daşlar”ında hər hansı məscidin tikilməsi ilə bağlı icazə olub, nə də orada hansısa dini icma dövlət qeydiyyatından keçib”. Bunu APA-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dini qurumlarla iş şöbəsinin müdiri Gündüz İsmayılov bildirib. Dövlət komitə rəsmisi deyib ki, “Neft daşları”nda hansısa məscid tikilibsə də, dövlət komitəsində sənədləşdirilməyib. G. İsmayılovun sözlərinə görə, bütün hallarda sözügedən ərazidə məscidin sökülüb-sökülmədiyi ilə bağlı məlumatlar araşdırılacaq.

Qeyd edək ki, dünən “Neft daşları”nda bir neçə ay əvvəl inşa edilən məscidin sökülməsi ilə bağlı məlumatlar yayılıb.

Xatırladaq ki, bu ilin aprelin 24-də Bakının Yasamal rayonunda qanunsuz inşa edilən və “Peyğəmbərimiz Məhəmmədin məscidi” adı verilən məscid də sökülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR