Bank Of Baku

Dövlət Komitəsi: ARDNŞ-in “Neft daşları”nda inşa etdirdiyi məscid təhlükəsizlik baxımından sökülüb

Dövlət Komitəsi: ARDNŞ-in “Neft daşları”nda inşa etdirdiyi məscid təhlükəsizlik baxımından sökülüb
# 14 may 2009 13:09 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Neft daşları”ndakı məscid təhlükəsizlik baxımından sökülüb. Bu barədə APA-ya Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib. Məlumata görə, bir neçə gün əvvəl “Neft daşları”nda sökülən məscid Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən inşa olunub.

Məscid tikildikdən sonra onun yerinin və şəraitinin normal seçilmədiyi üzə çıxıb: “Məscid gilli ərazidə tikilib, suyun onu yuyub aparmaq təhlükəsi olub. Bu baxımdan təhlükəsizlik nəzərə alınaraq, ibadət ocağının sökülməsinə qərar verilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR