Allahşükür Paşazadə: “Deyəsən, Milli Məclisin bəzi deputatlarının nəzir qutularına gözü düşüb...” - MÜSAHİBƏ - EKSKLÜZİV
- Son vaxtlar Azərbaycanda məscidlərin bağlanması, qanunsuz tikilən məscidlərin sökülməsi hallarına rast gəlinir. Buna münasibətiniz necədir?
- Hansısa məscid qeydiyyata alınmayıbsa, tikilən bina məscid kimi tanınmayıbsa, onun sökülməsini də “məscid sökülür” kimi qələmə vermək düzgün deyil. Gərək məscid tikmək üçün qaydalara, qanunlara riayət edəsən. Digər tərəfdən, harada gəldi məscid tikmək olmaz. Bunun üçün yenə də deyirəm ki, icazə olmalıdır. Mən burada heç bir kampaniya görmürəm. 9 May - Qələbə Günündə “Şəhidlər” məscidinə baxdım. Bu məscid doğrudan da təmirə bağlanıb. Azərbaycan tolerant ölkədir. Bizim tolerantlığımıza heç bir vəchlə kölgə salmaq mümkün deyil.
- Bir neçə gün əvvəl Milli Məclisdə “Dini etiqad azadlığı haqqında” qanuna dəyişikliklər edildi...
- Mənə elə gəlir ki, qanuna edilən əlavə və dəyişikliklər müsbət xarakterlidir. Dəyişikliklərin dini təlim, tədris, dini icmaların qeydiyyata alınması və digər məsələlərlə bağlı müsbət nəticələr verəcəyinə inanıram.
- Milli Məclisdə qanunun müzakirəsi zamanı Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətlərinin artırılması ilə bağlı təkliflər səsləndi. Sizcə, buna ehtiyac varmı?
- Biz qeydiyyatdan mərkəz, digər qurumlar isə icma kimi keçib. Bu anlayışların fərqi var. Azərbaycanda İslam dinini təmsil edən Qafqaz Müsəlmanları İdarəsidir. Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətlərinin artırılmasına ehtiyac görmürəm. Məncə, bu qurumun səlahiyyətləri yetərincədir. Ola bilər ki, hansısa dini ibadət ocaqlarının tikintisi ilə bağlı müəyyən məsələlər bizim idarə ilə razılaşdırılsın. Bu isə gələcəkdə Qafqaz Müsəlmanları İdarəsinin lazım olan anda onlara dəstək verməsinə kömək edə bilər.
- Milli Məclisdə rəhbərlik etdiyiniz idarənin ünvana ciddi ittihamlar da səsləndirildi...
- Bu fikirlərin heç biri düzgün deyil. Ən əsası ona görə ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının ehsanlar haqqında qərarı var. Biz bu barədə dəfələrlə çıxışlar etmişik. Hətta mən özüm toy və yas mərasimlərində israfçılığa yol verilməməsi ilə bağlı kifayət qədər müsahibələr vermişəm. Ola bilsin bu sözləri deyənlər həmin faktları eşitməyiblər. O bananı gətirən də, onu yas mərasimində süfrəyə düzən də imkanlı adamlardır. Onların çoxu elə həmin ittihamların səsləndiyi zalda oturmuşdu. Götürüb, siyahıya alaram və göstərərəm ki, kim öz valideynlərinin yasında nə qədər banan verib. Yoxsul adamın bananı haradadır? Belə adamlar heç pomidor, xiyar tapıb ortaya çıxara bilmirlər. Yəni qaydaları pozanlar elə qaydalardan danışanlardır. Digər məsələlərə gəlincə, məsələn, götürək qəbiristanlıqları. Qanunla biz bu məsələyə nəzarət etmirik. Qəbiristanlıqlarda baş verənlər, oradakı mollaların fəaliyyəti dövlətin nəzarətindədir. Bizim bunlardan xəbərimiz yoxdur. Bizim mollalarımız məsciddə oturur və xüsusi icazə əsasında fəaliyyət göstərirlər. Bundan bizə nə? Baxıb görsünlər ki, harada səhv edib, belə vəziyyətin yaranmasına şərait yaradırlar. Nəyə görə orada hansısa məmurun səhvlərindən danışmadılar? Səhvi təkcə dindar etmir, axı...
- Qafqaz Müsəlmanları İdarəsinin kolbasaya halallıq sertifikatı verməsi də ciddi müzakirə və tənqid olunan məsələdəndir...
- Bu məsələdə də ciddi səhvə yol verirlər. Burada söhbət kolbasadan getmir. Kolbasa məhsullarına nəinki Azərbaycanda, bütün İslam dünyasında İranda, Ərəbistanda, o cümlədən Rusiyada da halallıq sertifikatı verilir. Bu sözləri deyənlərin başında hələ də kommunist rejiminin təxəyyülü qalıb. Onlar o qədər donuz əti yeyiblər, elə bilirlər ki, onsuz heç nə yarana bilməz. Biz rəy verdiyimiz məhsulun hər birinə baxırıq və ona cavabdehik. Bu ölkədə din dövlətdən ayrıdır. Nəyin halal və haram olduğunu biz deyə bilərik. Dövlətin halal və haram məsələsinə qarışmağa ixtiyarı yoxdur. Dövlət ancaq sanitar və gigiyenik məsələlərə nəzarət edə bilər.
- Milli Məclisdə nəzir qutularına nəzarət, buraya toplanan vəsaitin xərclənməsi ilə bağlı da müəyyən fikirlər səsləndirildi. Yeri gəlmişkən, bu məsələ zaman-zaman gündəmə gəlir.
- Deyəsən, dünyada baş verən iqtisadi böhrandan Milli Məclisin bəzi üzvləri də zərər çəkib. Ona görə də nəzir qutularına gözləri düşüb. Əgər belədirsə, buyursunlar, bizim nəzir qutularına heç bir ehtiyacımız yoxdur. İki dəfə Daxili İşlər Nazirliyinə müraciət etmişəm ki, nəzir qutuları yığışdırılsın. Bizim, ümumiyyətlə, nəzir qutularına heç bir qarışacağımız yoxdur. Nəzir qutuları qoyulan məscidlərin icmaları orada toplanan vəsaitlərin xərclənməsinə nəzarət edir. Əgər istəyirlərsə və bunu edə bilərlərsə, özləri bir komissiya yaradıb, nəzir qutuların açılmasında iştirak etsinlər. Mən bu işlərə qarışmıram.
- Parlamentdə Qafqaz Müsəlmanları İdarəsində islahat aparılmasının da vacibliyi vurğulandı...
- Bunu deyən adama sual verirəm ki, “Sən kimsən, mənim işimə qarışırsan?” Din dövlətdən ayrıdır. Onlar ancaq tövsiyə edə bilərlər. Bizim idarənin öz işi və qurultayı var. Biz işimizi qanunlarımız çərçivəsində görürük. Hansı islahatlardan söhbət gedir? Mən də təklif edirəm ki, onların işlərində islahatlar aparılsın. Yaxşı olar ki, başqa sahənin adamları kimi deputatlar da xüsusi geyimdə fəaliyyət göstərsinlər. Məsələn, hərbçiləri öz geyimlərindən tanımaq olur. Yaxşı olar ki, deputatın da xüsusi geyimi olsun və üstündə “deputat” sözü yazılsın. Onlar bu geyimləri geyinib küçəyə, bazara çıxsınlar. Camaat da görsün ki, bunlar deputatdır.
- Sizcə, ünvanınıza səslənən ittihamların son vaxtlar daha da intensivləşməsi nə ilə əlaqədardır?
- Məni yüksəlməmək, məsələn, BMT-də yer tutmamaq üçün xaricdən vurmaq istəyirlər. Bunu isə bizim əlimizlə həyata keçirmək istəyirlər. Bəzi adamlar nə danışdığını belə anlamır. Aramsız olaraq, mənə qarşı bizneslə məşğul olma ittihamları irəli sürülür. Axı, bizim peyğəmbərimiz də ticarətçi olub. Mən isə peyğəmbərin davamçısıyam. Ancaq bu adamlardan soruşmaq istəyirəm sizin əlinizdə sübut varmı? Dediklərinizi fakt şəklində ortaya qoya bilərsinizmi? Lazım gəlsə, bu ittihamları səsləndirənləri məhkəməyə də verə bilərəm. Ancaq mən bunu istəmirəm. Hər şeyi Allah görür, həqiqəti də Ondan yaxşı bilən yoxdur...
Xəbər Lenti
Prezidentin köməkçisi: Azərbaycan üçün itkin düşmüş şəxslərin taleyi humanitar və milli əhəmiyyətli məsələ olaraq qalır
Rusiyanın Buçaya hücumu nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb
Makronun reytinqi 21 faizə düşüb
Sabah yağış yağacaq, leysan olacaq
Zaporojye AES-də təhlükəli durum barədə xəbərdarlıq edilib
Yaponiyada güclü yağışla bağlı xəbərdarlıq elan edilib
Delsi Rodrigez Venesuela ilə ABŞ arasında 25 illik neft sazişinin detallarını açıqlayıb
ABŞ İnstitutu: Rusiya Ordusu Ukraynada Slavyansk istiqamətində hücuma hazırlaşır
Dağlıq və dağətəyi rayonlarda yağış yağıb, qısamüddətli leysan olub
Axios: MKİ direktoru Tramp-Putin-Zelenski görüşünün keçirilməsini təklif edib
Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Nepalda daşqın nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb
Nigerdə hərbi qiyamın qarşısı alınıb
DSX: Şəkidə dağlıq ərazidə itlərin ağır yaraladığı Niderland vətəndaşı təxliyə edilib - VİDEO
Filippində musson yağışları və tayfunlar 32 nəfərin ölümünə səbəb olub
Tibetdə torpaq sürüşməsi nəticəsində 261 əcnəbi itkin düşüb
Telegraph: Rusiya “Bandеrol” raketləri ilə Ukraynanın Qara dəniz limanlarını bloklayıb
İspaniya Seutadakı miqrantlarla bağlı Aİ-dən yardım istəyib
Tusk: Rusiya yeni eskalasiyaya hazırlaşır, Ukraynanın HHM sistemləri gücləndirilməlidir
ABŞ-ın “Covenant” şirkəti Almaniyada raket istehsalına başlamağı planlaşdırır
Rumıniya pandemiyadan sonra bərpa üçün Aİ vəsaitlərinin 770 milyon avrosunu itirə bilər
Fransa yeni nəsil qırıcı təyyarənin yaradılmasında İsveçlə əməkdaşlığa hazırdır
"Siemens" rəhbəri Aİ-nin Çinə qarşı genişmiqyaslı tariflərinə qarşı çıxıb
Robert Fitso: Aİ-nin Ukraynaya dəstəyi strateji səhvdir
WSJ: ABŞ Yaxın Şərqə silah göndərməklə Avropa və Asiyadakı arsenallarını tükədib
Netanyahunun oğlu ABŞ-dan İsrailə təcili təxliyə edilib
Danimarka hərbi xidmət yaşında olan ukraynalılara yaşayış icazəsi verməyi dayandırıb
Türkiyə Super Liqası: “Qalatasaray” öz meydanında çətin qələbə qazanıb
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
ABŞ gübrə çatışmazlığı səbəbindən ərzaq böhranı ilə üzləşə bilər
Türkiyə və Somali piratlara qarşı birgə əməliyyat keçirib, 14 nəfər öldürülüb
KİV: Merz seçkilər öncəsi Rusiyaya qarşı Aİ-dən ayrıca sanksiyalar tətbiq edəcək
Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir - YENİLƏNİB
Politico: Rusiya Kiyevə və Çerniqova quru hücumlarına hazırlaşır
Kürdəmirdə yol qəzasında 5 nəfər xəsarət alıb
"Manset.az" xəbər portalının yerləşdiyi redaksiya binasında yanğın baş verib - FOTO
Qrossi: AEBA Zaporojye AES ətrafında yeni atəşkəs zonası yaratmağa çalışır
Pit Heqset ABŞ prezidentliyinə namizədliyini irəli sürməyəcəyini bildirib
MEDİA: “Ajmedia.news” Media Reyestrində yoxdur və fəaliyyəti qanunsuz hesab edilib
Fransa ABŞ-ın “azad müttəfiqi” olduğunu açıqlayıb
Qətər və Türkiyə XİN rəhbərləri regional məsələləri müzakirə ediblər
Şirvanda iki avtomobil toqquşub, ölən və yaralanan var - YENİLƏNİB
İsrail Livanın cənubuna hücum edib
Rusiyada dizel yanacağının ixracına qoyulan qadağanın müddəti uzadılıb
Lənkəranda yanğının ətraf ərazilərə keçməsinin qarşısı alınıb
Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb