Bank Of Baku

Allahşükür Paşazadə İraqın baş naziri Nuri əl-Maliki ilə görüşəcək

Allahşükür Paşazadə İraqın baş naziri Nuri əl-Maliki ilə görüşəcək
# 19 may 2009 14:49 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 20-də İraqa gedəcək. QMİ-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfər İraq dövlətinin dəvəti əsasında həyata keçirilir. Dəvət İraq dövlətinin turizm və tarixi abidələr naziri Təhman əl-Ciburinin Bakıya səfəri zamanı edilib. QMİ sədri A. Paşazadənin İraqın baş naziri Nuri əl-Maliki ilə də görüşü nəzərdə tutulur. Görüşdə Azərbaycanla İraq arasında əlaqələrin perspektivləri və İraq ərazisində mövcud müqəddəs dini məkanlara ziyarət səfərlərinin bərpa olunması ilə bağlı məsələlər müzakirə olunacaq.

A. Paşazadə mayın 23-də isə Səudiyyə Ərəbistanına səfər edəcək. Səfərdə məqsəd İslam ölkələrinin Vəqflər və İslam işləri nazirlərinin IV konfransında iştirak etməkdir. Konfransın müzakirə mövzusu “İslam cəmiyyətlərində ideya təhlükəsizliyinin təmin olunmasında Vəqflər və İslam işləri nazirliklərinin rolu” adlanır.

QMİ sədrinin konfransda çıxışı nəzərdə tutulur.

A. Paşazadə səfər çərçivəsində Səudiyyə Ərəbistanının Həcc naziri Fuad bin Əbdüssəlam Farisi və onun Həcc işləri üzrə müavini Hatim Qazi ilə görüşəcək. Görüşlər zamanı builki Həcc missiyasının təşkili ilə bağlı məsələlər müzakirə olunacaq.

Görüşün nəticəsi olaraq müvafiq protokolun imzalanması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR