Bank Of Baku

Azərbaycan paytaxtındakı “İlahiyyat fakültəsi” məscidi bağlanmayacaq - EKSKLÜZİV

Azərbaycan paytaxtındakı “İlahiyyat fakültəsi” məscidi bağlanmayacaq - <font color=red>EKSKLÜZİV</font>
# 21 may 2009 09:57 (UTC +04:00)
Bunu APA-ya Türkiyənin Azərbaycandakı səfirliyinin Dini işlər üzrə müşaviri Müzəffər Şahin deyib. Səfirlik rəsmisi “İlahiyyat fakültəsi” məscidinin bağlanacağı ilə bağlı yayılan məlumatların həqiqətə uyğun olmadığını deyib. Onun sözlərinə görə, məscidin bağlanacağı ilə bağlı məlumatların haradan qaynaqlandığı bəlli deyil.

“İlahiyyat fakültəsi” məscidinin imamı və ibadət ocağının bağlanacağı barədə məlumatı təsdiqləmiş İbrahim Məmiş də APA-ya açıqlamasında problemin artıq həll edildiyini deyib: “Bir neçə gün əvvəl Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunmuşduq. Orada bizi Abel Məhərrəmovun şikayəti ilə tanış etdilər və məscidin bağlanacağını söylədilər. Aparılan danışıqlardan sonra problem aradan qalxdı. Məscidin bağlanması artıq müzakirə mövzusu deyil”.

Qeyd edək ki, sözügedən məscid Türkiyə Diyanet İşləri Vəqfi tərəfindən tikilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR