Bank Of Baku

Rektor: “Bakı Dövlət Universitetinin ərazisində tikilən məscidlə bağlı yaranan gərginlik nisbətən aradan qalxıb”

Rektor: “Bakı Dövlət Universitetinin ərazisində tikilən məscidlə bağlı yaranan gərginlik nisbətən aradan qalxıb”
# 26 may 2009 13:22 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bakı Dövlət Universitetinin (BDU) ərazisində tikilən, “İlahiyyat fakültəsi” məscidi kimi tanınan ibadət ocağı ilə bağlı yaranan gərginlik nisbətən aradan qalxıb. APA-nın məlumatına görə, bunu BDU-nun rektoru Abel Məhərrəmov deyib. Rektorun sözlərinə görə, bu gərginlik universitet rəhbərliyi məsələ qaldırandan sonra səngiyib: “Əvvəllər orada cümə namazlarında səkkiz min nəfər namaz qılırdısa, biz bu məsələni qaldırandan sonra təxminən altı min beş yüz şəxs
gəlir. İndi ora gələnlərin bir hissəsini başqa məscidlərə ibadətə göndərirlər. Biz bu sayın daha da azalması gözləyirik”.

A. Məhərrəmov deyib ki, BDU rəhbərliyi Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşlarını da məsələ ilə bağlı əraziyə dəvət edib: “Onlar gəlib baxıb, bizimlə razılaşıblar. Deyiblər ki, orada sıxlıq ola bilməz. Düşünürük ki, bu məsələ tənzimlənəcək”.
BDU rektoru onu da deyib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tənzimlənmə prosesinə ciddi yanaşır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR