Bank Of Baku

Hidayət Orucov İran səfirini qəbul edib

Hidayət Orucov İran səfirini qəbul edib
# 27 may 2009 13:31 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov İranın Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Məhəmməd Bağır Bəhramini qəbul edib. Dövlət komitəsindən APA-ya daxil olan məlumata görə, H. Orucov Azərbaycan dövlətinin təriqətlərüstü siyasət yeritdiyini və heç bir dinə münasibətdə ayrı-seçkiliyə yol verilmədiyini bildirib: “Azərbaycanın hər bir vətəndaşı dini etiqadında azaddır və onun hüquqları dövlət tərəfindən qorunur”.

Səfir isə ölkələr arasında çoxtərəfli əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Azərbaycanı dost, qardaş ölkə adlandıran diplomat “Azərbaycanın mənafeyini öz mənafeyimiz bilirik və inkişafına da öz uğurumuz kimi sevinirik”, deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR