Bank Of Baku

Azərbaycanda bütün dini icmalar yenidən qeydiyyata alınacaq

Azərbaycanda bütün dini icmalar yenidən qeydiyyata alınacaq
# 02 iyun 2009 12:15 (UTC +04:00)
Şöbə müdiri deyib ki, “Dini etiqad azadlığı haqqında” qanuna edilən əlavə və dəyişiklik təsdiqləndikdən sonra yeni qanunvericiliyə uyğun olaraq, belə bir tələb meydana çıxıb. Onun sözlərinə görə, qanunvericiliyin tələbinə əsasən, 2010-cu ilin yanvarına qədər ölkədə indiyədək qeydiyyatda olan və fəaliyyət göstərən bütün dini icmalar yenidən qeydiyyata alınmalıdır. G. İsmayılov dini icmaların qeydiyyatı üçün tələb olunan sənədlər sırasına yenilərinin əlavə edildiyini deyib: “Bundan sonra, hər bir dini icma yaranma tarixi, təlimi və dünyəvi təhsilə münasibəti haqda da arayış verməli olacaq. İndiyə kimi qeydə alınan icmalar gələn ilin yanvarına kimi yenidən qeydiyyatdan keçməlidir”.

G. İsmayılov, həmçinin deyib ki, yeni qanunvericiliyə əsasən, dini icmaların qeydiyyatsız fəaliyyəti qadağandır. Onun sözlərinə görə, qanuna edilən əlavə və dəyişiklik ölkədəki dini duruma müsbət təsir edəcək.

Qeyd edək ki, indiyə kimi Azərbaycanda 534 dini icma dövlət qeydiyyatına alınıb, onlardan 32-si qeyri-islam təmayüllüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR