Bank Of Baku

Əli Həsənov: “Ayrı-ayrı şəxslərin kommersiya ehtiyaclarını təmin etmək məqsədilə məscidlər tikdirməsi normal dini fəaliyyətlə bir araya sığmır”

Əli Həsənov: “Ayrı-ayrı şəxslərin kommersiya ehtiyaclarını təmin etmək məqsədilə məscidlər tikdirməsi normal dini fəaliyyətlə bir araya sığmır”
# 04 iyun 2009 08:10 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. “Ayrı-ayrı insanların bu və ya digər kommersiya ehtiyaclarını təmin etmək məqsədilə məscidlər tikdirməsi normal dini fəaliyyətlə bir araya sığmır”. APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Şöbə müdiri Azərbaycanda məscidlərin sökülməsi ilə bağlı suallara cavab olaraq bunları söyləyib: “Bunu belə qiymətləndirmək olmaz ki, Azərbaycanda məscidlər sökülür. Bu, sadəcə, Azərbaycanda ayrı-ayrı insanların özbaşına fəaliyyətinin qarşısının alınmasıdır. O cümlədən, ayrı-ayrı insanların istədiyi yerdə istədiyi şəkildə özünün bu və ya digər kommersiya ehtiyaclarını təmin etmək məqsədilə tikdirdiyi məscidlər normal dini fəaliyyətlə bir araya sığmır axı. Ona görə də burada nizam-intizam, qayda-qanun yaradılır. Mən düşünürəm ki, bu heç də insanların dini inanc formasını, mərasimləri məhdudlaşdırmaq demək deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR