Bank Of Baku

Hidayət Orucov Hindistan səfirini qəbul edib

Hidayət Orucov Hindistan səfirini qəbul edib
# 09 iyun 2009 09:37 (UTC +04:00)
Bakı-APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov Hindistanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Debnat Şounu qəbul edib. Bu barədə APA-ya DQİDK-nin mətbuat xidmətindən məlumat verilib. Komitə sədri Azərbaycan hökumətinin Hindistanla əlaqələrinə, işbirliyinə böyük önəm verdiyini bildirib. Azərbaycanda dövlət-din münasibətləri haqqında ətraflı məlumat verən Hidayət Orucov qeyd edib ki, dövlət ölkədə dini etiqad azadlığının təmin olunmasına və dini sabitlik üçün hərtərəfli qayğı göstərir, ölkəmizdə heç bir dinə münasibətdə müstəsna hallara, ayrı-seçkiliyə yol verilmir. Səfir Debnat Şou iki dövlət arasında çoxtərəfli əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edərək, Hindistan hökumətinin də ölkələrimiz arasında münasibətlərə yüksək qiymət verdiyini vurğulayıb. “Hindistan dünyada müsəlmanların sayına görə ikinci böyük ölkədir. Burada müxtəlif dinlərə sitayiş edən çoxlu sayda insanlar var və dini etiqad sərbəstdir. Dövlət dini anlayışı yoxdur və bütün dinlərin yayılması və fəaliyyəti üçün eyni şərait yaradılıb”. Daha sonra komitə sədri Hidayət Orucov səfiri maraqlandıran suallara cavab verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR