Bank Of Baku

Xaricdə təhsil alan şəxslərin Azərbaycanda İslam dininə aid mərasimləri idarə etməsinə məhdudiyyət qoyulacaq

Xaricdə təhsil alan şəxslərin Azərbaycanda İslam dininə aid mərasimləri idarə etməsinə məhdudiyyət qoyulacaq
# 10 iyun 2009 11:04 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə məsələ Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirə olunub. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov özünün qanunvericilik təşəbbüsü qaydasında “Dini etiqad azadlığı haqqında” qanuna təklif etdiyi əlavələr və dəyişiklik barədə məlumat verib. Komitə sədri dəyişikliklərin, əsasən, qanunun 8-ci və 21-ci maddələrini əhatə etdiyini deyib.
Qeyd olunub ki, qanuna təklif olunan əlavə və dəyişikliyə əsasən, ibadət yerlərinə rəhbərlik edən şəxslər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi ilə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur. Bundan başqa, İslam dininə aid ayinlərin icrası, dini mərasimlərinin aparılması üçün ancaq Azərbaycanda təhsil alan şəxslərə icazə verilir. Müzakirələrdən sonra sənəd parlamentə tövsiyə olunub.
İclasda, həmçinin “Fərdi məlumatlar haqqında” qanun layihəsi müzakirə olunub. Ə. Hüseynov beş fəsil 19 maddədən ibarət qanun layihəsinin fərdi məlumatların toplanılması, işlənilməsi, mühafizəsi ilə bağlı münasibətləri, milli informasiya məkanının fərdi məlumatlar seqmentinin formalaşdırılması ilə əlaqədar məsələləri tənzimləyəcəyini, bu sahədə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin hüquq və vəzifələrini müəyyənləşdirəcəyini bildirib.

Layihə parlamentin müzakirəsinə tövsiyə edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR