Bank Of Baku

Dövlət Gömrük Komitəsi tərəfindən saxlanmış xaç, ikona və dini kitablar Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasına təhvil verilib

Dövlət Gömrük Komitəsi tərəfindən saxlanmış xaç, ikona və dini kitablar Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasına təhvil verilib
# 10 iyun 2009 15:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Xaçmaz Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılmış xristian dininə aid dini məzmunlu 663 ədəd dini kitab, 2 ikona və 1 ədəd xaçı Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasına təhvil verib. APA-nın məlumatına görə, dini əşyaların kilsəyə təqdim olunması mərasimində çıxış edən DGK sədri Aydın Əliyev bildirib ki, sərhəddə saxlanılmış dini ədəbiyyata Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən rəy verilib, rəydə kitabların əsas məzmunun xristianlığın təməl prinsiplərindən və inanclarından bəhs etdiyi bildirilir. Təqdimat mərasimində Bakıda səfərdə olan bəzi MDB ölkələri gömrük xidmətlərinin rəhbərləri də iştirak edib. Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının nümayəndələri DGK tərəfindən müntəzəm olaraq saxlanılan xristian dininə aid dini kitabların, ikona və xaçların kilsəyə təqdim olunmasından razılıqlarını bildiriblər.Daha sonra MDB gömrük xidmətlərinin rəhbərləri kilsənin muzeyi ilə tanış olublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR