Bank Of Baku

Hidayət Orucov: “Bütün dini icmalar yenidən dövlət qeydiyyatına alınmaq üçün ilin sonunadək Dövlət Komitəsinə müraciət etməlidir”

Hidayət Orucov: “Bütün dini icmalar yenidən dövlət qeydiyyatına alınmaq üçün ilin sonunadək Dövlət Komitəsinə müraciət etməlidir”
# 11 iyun 2009 14:48 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri yanında Məşvərət Şurasının iclası keçirilib. Dövlət Komitəsindən APA-ya daxil olan məlumata görə, iclasda Məşvərət Şurasının sədri Hidayət Orucov “Dini etiqad azadlığı haqqında” qanununa edilən əlavələr və dəyişikliklərin tətbiqi, ölkədə dini durum, dini maarifçiliyin gücləndirilməsi ilə bağlı çıxış edib. H. Orucov deyib ki, sözügedən qanuna edilən əlavə və dəyişikliklərin tələblərinə görə, indiyədək qeydiyyatdan keçən bütün dini icmalar yenidən dövlət qeydiyyatına alınmaq üçün bu ilin sonunadək Dövlət Komitəsinə müraciət etməlidirlər: “Qanuna edilən əlavə və dəyişikliklərə görə, dövlət qeydiyyatından keçməyən bütün dini qurumların fəaliyyəti dayandırılmalıdır. Qeydiyyat proseduru və hazırlanmalı olan sənədlər sadədir. Ona görə də dini qurumlar lazımi sənədləri hazırlayaraq qeydiyyatdan keçmək üçün Dövlət Komitəsinə müraciət etməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR