Bank Of Baku

Hidayət Orucov: “Azərbaycanda qeydiyyatdan keçən dini qurumların sayı 534-ə çatıb”

Hidayət Orucov: “Azərbaycanda qeydiyyatdan keçən dini qurumların sayı 534-ə çatıb”
# 12 iyun 2009 10:01 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Hidayət Orucov mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, komitə sədri son illər Azərbaycanda tolerantlığın daha da möhkəmləndiyini deyib. Dini maarifləndirmə sahəsində böyük işlər görüldüyünü söyləyən H. Orucov qeydiyyatdan keçən dini qurumların sayının 534-ə çatdığını, onlardan 32-nin qeyri-islam təmayüllü olduğunu bildirib. Komitə sədri ölkəyə gətirilən dini ədəbiyyatların ekspertizadan keçirildiyini də əlavə edib: “2007-ci ildə 750 adda dini ədəbiyyat ekspertizadan keçirilib, dini dözümsüzlüyü təbliğ edən 140 adda kitabın ölkəyə idxalına icazə verilməyib. 2008-ci ildə isə 1500 adda dini ədəbiyyata baxılıb. Dini dözümsüzlüyü və ayrı-seçkiliyi təbliğ edən 59 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb”.

“Dini etiqad azadlığı haqqında” qanuna edilən əlavə və dəyişikliyə toxunan H. Orucov bu dəyişikliyin dini etiqad azadlığının tam təmin olunmasına, dini sahədə sabitliyin qorunmasına və digər məsələlərə müsbət təsir göstərəcəyini vurğulayıb: “Qanuna edilən dəyişikliklərdən narahat olanların şəxsi maraqlarına nöqtə qoyulacaq”.

Qanuna təklif olunan yeni dəyişikliklərə münasibətini bildirən komitə sədri deputatlar tərəfindən irəli sürülən bu təşəbbüsü normal qarşıladığını diqqətə çatdırıb. H. Orucov xaricdə dini təhsil alan şəxslərlə bağlı məsələyə də münasibətini açıqlayıb: “Bəzən xaricdə təhsil 15 il çəkir. Bu, çox incə məqamdır. Onların əksəriyyətinin xaricdə təhsil almasından dövlətin xəbəri olmur və bu, xarici ölkələrin dəvəti ilə baş tutur”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR