Bank Of Baku

Sabah Moskvada MDB ölkələrinin müsəlman liderlərinin beynəlxalq sammiti keçiriləcək

Sabah Moskvada MDB ölkələrinin müsəlman liderlərinin beynəlxalq sammiti keçiriləcək
# 16 iyun 2009 09:24 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. İyunun 17-də Moskvada Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin müsəlman liderlərinin beynəlxalq sammiti keçiriləcək. APA-nın “RİA Novosti”yə istinadən yaydığı məlumata görə, sammitin keçirilməsi təşəbbüsü Beynəlxalq İslam Missiyasına məxsusdur. Toplantının təşkilat komitəsinə MDB Dinlərarası Şurasının həmsədri, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə rəhbərlik edir. Sammit MDB məkanında müsəlmanlararası əməkdaşlığın səmərəliliyinin artırılması, icmalararası əlaqələrin və dövlətlə dini icmalar arasında münasibətlərin möhkəmləndirilməsi, saxta islam təlimləri və ekstremizm təzahürləri ilə mübarizənin gücləndirilməsi məsələlərinə həsr olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR