Bank Of Baku

Allahşükür Paşazadə: “Dini şüarlardan ekstremizm məqsədləri üçün istifadə etmək böyük günah və hörmətsizlikdir”

Allahşükür Paşazadə: “Dini şüarlardan ekstremizm məqsədləri üçün istifadə etmək böyük günah və hörmətsizlikdir”
# 17 iyun 2009 14:50 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Bu gün xaricdən və daxildən müəyyən qüvvələr tərəfindən yayılan dini fanatizm və ekstremizm ideyalarına qarşı birgə mübarizə aparmaq çox vacibdir”. APA-nın Rusiya KİV-inə istinadən verdiyi məlumata görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Moskvada keçirilən «MDB müsəlmanları konfessialararası və millətlərarası həmrəylik uğrunda» adlı beynəlxalq konfransda deyib.

Tədbirdə MDB-nin 8 ölkəsindən 40 dini xadim iştirak edir. Dini şüarlardan ekstremizm məqsədləri üçün istifadə olunmasını böyük günah və hörmətsizlik adlandıran Şeyxülislam belə halların qarşısını birgə səylərlə almağa çağırıb: “Biz xalqlarımızı tolerantlıq ruhunda tərbiyələndirsək, millətlərarası həmrəyliyə nail olmaq olar»”.

O bu məqsədlə mədəniyyətlərarası dialoqdan istifadə etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR