Bank Of Baku

Allahşükür Paşazadə MDB Müsəlmanları Məşvərət Şurasının sədri seçilib

Allahşükür Paşazadə MDB Müsəlmanları Məşvərət Şurasının sədri seçilib
# 18 iyun 2009 08:38 (UTC +04:00)
Bu barədə APA-ya açıqlamasında QMİ-nin mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova Moskvadan bildirib. Onun sözlərinə görə, Moskvada keçirilən “MDB müsəlmanları konfessiyalararası və millətlərarası həmrəylik uğrunda” elmi praktiki konfransda ilk dəfə olaraq MDB-dən olan müsəlman din xadimləri bir araya gəliblər.

R. Dadaşova konfrans iştirakçılarının müsəlmanlar arasındakı vəzifələri və problemləri müzakirə etdiklərini söyləyib. Mətbuat xidmətinin rəhbəri tədbirdə MDB Dinlərarası Şurasının həmsədri olan Allahşükür Paşazadənin yeni yaradılan MDB Müsəlmanlarının Məşvərət Şurasının sədri seçildiyini də bildirib: “Bu gün konfransın yekunu olaraq, mətbuat konfransı keçiriləcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR