Bank Of Baku

Qafqaz Müsəlmanları İdarəsinin yeni istifadəyə verilən qərargahında ilk mətbuat konfransı keçirilib

Qafqaz Müsəlmanları İdarəsinin yeni istifadəyə verilən qərargahında ilk mətbuat konfransı keçirilib
# 22 iyun 2009 10:56 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) yeni istifadəyə verilən qərargahında ilk mətbuat konfransı keçirilib. APA-nın məlumatına görə, QMİ sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin iştirakı olmadan baş tutan tədbir Moskvada “MDB müsəlmanları konfessiyalararası və millətlərarası həmrəylik tərəfdarıdırlar” mövzusunda keçirilən konfransın yekunlarına həsr olunub.

Tədbirdə QMİ sədrinin müavini, Hacı Sabir Həsənli Moskvada keçirilən sözügedən konfransın mühüm əhəmiyyət kəsb etdiyini deyib. Onun sözlərinə görə, tədbirdə MDB müsəlman dini liderlərinin məşvərət şurası təsis olunub: “Şeyxülislam Hacı Allahşükür Paşazadə yeni yaradılan qurumun rəhbəri seçilib. Bu şuranın nəzdində daimi fəaliyyət göstərəcək işçi qrupu yaradılıb”.
S. Həsənli deyib ki, A. Paşazadənin belə bir şuraya rəhbər seçilməsi böyük hadisədir.
QMİ-nin sədr müavininin sözlərinə görə, Moskvada keçirilən konfransın yekununda MDB məkanında dini tolerantlıq mühitinin qorunub saxlanılması istiqamətində birgə səylərin artırılması, MDB müsəlmanlarının XXI əsrdə inkişafının konseptual əsaslarının işlənib hazırlanması, islamafobiya, ekstremizm və terrorizmlə birgə mübarizə aparılması məqsədəuyğun hesab edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR