Bank Of Baku

Hacı Salman Musayev: “Dövlət Komitəsinin dini ayinləri icra edən şəxslərlə bağlı dini rəy verməyə haqqı yoxdur”

Hacı Salman Musayev: “Dövlət Komitəsinin dini ayinləri icra edən şəxslərlə bağlı dini rəy verməyə haqqı yoxdur”
# 22 iyun 2009 11:34 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Azərbaycan vətəndaşları xaricdə tək dini deyil, digər sahələrdə də təhsil alırlar. Əgər hər hansı bir təhlükəli təsirə məruz qalmadan söhbət gedirsə, onda başqa sahələrdə təhsil alanlar da bu faktla üzləşə bilərlər. Digər tərəfdən də bütün bu işlərlə məşğul olan, onları yoxlayan mərkəz var. Təsirə düşənlər haqqında ölçü götürülməsi də həmin mərkəzin işidir. Bütün bunlar mənim şəxsi fikirlərimdir”. APA-nın məlumatına görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Hacı Salman Musayev Milli Məclisdə müzakirəyə çıxarılan “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən əlavə və dəyişikliklərə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, xarici ölkələrdə dini təhsil alan gənclərin arasından gələcəkdə böyük vəzifələr tutacaq şəxsiyyətlər yetişə bilər. S. Musayev Azərbaycan Konstitusiyasında hər bir şəxsə təhsil almaq hüququnun verildiyini xatırladıb: “Bu ziddiyyətləri niyə yaratdıqlarını başa düşə bilmirəm. Digər tərəfdən, deyirlər ki, dini ayinləri icra edən şəxslərlə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəyi olmalıdır. Bu komitə siyasi tərəfdən rəy verə bilər, ancaq dini tərəfdən rəy verməyə haqqı yoxdur. Bunu biz yoxlayacağıq ki, dini ayinləri icra edəcək şəxs yetkindir, ya yox. Bu məsələləri Milli Məclisin müzakirəsinə çıxarmağa ehtiyac görmürəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR