Bank Of Baku

Hacı Sabir Həsənli: “Allah evi sökülə bilməz”

Hacı Sabir Həsənli: “Allah evi sökülə bilməz”
# 22 iyun 2009 12:00 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Biz Qafqaz Müsəlmanları İdarəsi olaraq Allah evi kimi tikilən hər hansı məscidin sökülməsinə təəssüflənirik. Allah evi sökülə bilməz”. APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli idarədə keçirilən mətbuat konfransında deyib. O, bir neçə gün əvvəl Yeni Günəşli qəsəbəsində inşa edilmiş “Fatimeyi-Zəhranın məscidi” adlı ibadət ocağının sökülməsi ilə bağlı məlumatların yayıldığını xatırladaraq bildirib ki, həmin məscidin sənədlərinin qaydaya salınması qərara alınıb. QMİ-nin sədr müavini Dəliməmmədlidə yerləşən məscidin sökülməsi barədə xəbərlərin həqiqətə uyğun olmadığını diqqətə çatdırıb.

Mətbuat konfransında iştirak edən Bakı Dövlət Universitetinin ilahiyyat fakültəsinin dekanı Vasim Məmmədəliyev “İlahiyyat fakültəsinin məscidi” kimi tanınan ibadət ocağı ilə bağlı məsələyə aydınlıq gətirib. O, məscidin İlahiyyat fakültəsinə aidiyyəti olmadığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR