Bank Of Baku

“Milli təhlükəsizlik və dini etiqad azadlığı” mövzusunda elmi-praktik konfrans keçirilib

“Milli təhlükəsizlik və dini etiqad azadlığı” mövzusunda elmi-praktik konfrans keçirilib
# 23 iyun 2009 10:37 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. AMEA İnsan Hüquqları İnstitutunda “Milli təhlükəsizlik və dini etiqad azadlığı” mövzusunda elmi-praktik konfrans keçirilib. APA-nın məlumatına görə, İnsan Hüquqları İnstitutunun təşkil etdiyi tədbir Azərbaycan Konstitusiyasının və milli qanunvericiliyin tələblərini, xüsusilə dini etiqad azadlığını, insan hüquqlarını kobud şəkildə pozan, din pərdəsi altında gizlənən destruktiv təşkilat və qruplaşmaların fəaliyyətinə, onların əməllərinin milli dövlətçiliyə və milli təhlükəsizliyə ciddi təhdid kimi dəyərləndirilməsinə həsr olunub. Milli Məclis üzvlərinin, müvafiq dövlət strukturların rəhbərlərinin, alim və mütəxəssislərin iştirak etdiyi elmi-praktiki konfransda AMEA İnsan Hüquqları İnstitutunun direktoru, hüquq elmləri namizədi Aytən Mustafayeva çıxış edib. A. Mustafayeva Azərbaycan qanunvericiliyinin müddəalarından, eləcə də dini etiqad azadlığından sui-istifadə edərək ölkədə milli və dini zəmində qarşıdurma yaradılmasına səy göstərən ayrı-ayrı saxta din və təriqətlərin fəaliyyətlərinin vətəndaşların əsas hüquq və azadlıqlarına, xüsusilə də gənc nəslin vətənpərvərlik, milli-mənəvi dəyərlərə hörmət ruhunda tərbiyəsinə qarşı yönəldiyini və bu arzuolunmaz əməllərin hüquqi baxımdan məhdudlaşdırılmasının zəruriliyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR