Bank Of Baku

Şeyxülislam Hacı Allahşükür Paşazadə Astanada keçiriləcək dünya və ənənəvi dinlərin liderlərinin 3-cü qurultayında iştirak edəcək

Şeyxülislam Hacı Allahşükür Paşazadə Astanada keçiriləcək dünya və ənənəvi dinlərin liderlərinin 3-cü qurultayında iştirak edəcək
# 23 iyun 2009 11:28 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə iyulun 1-2-də Astanada keçiriləcək dünya və ənənəvi dinlərin liderlərinin 3-cü qurultayında iştirak etmək barədə dəvəti qəbul edib. APA-nın məlumatına görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov bu gün keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, qurultayda müxtəlif dini konfessiyaları təmsil edən 60 nümayəndə heyəti iştirak edəcək, BMT, ATƏT, YUNESKO və İKT kimi təşkilatların nümayəndələri, həmin günlərdə Qazaxıstanda səfərdə olan İsrail prezidenti Şimon Peres iştirak edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR