Bank Of Baku

Allahşükür Paşazadə Qazaxıstana gedir

Allahşükür Paşazadə Qazaxıstana gedir
# 29 iyun 2009 12:36 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə sabah Qazaxıstana yola düşür. QMİ-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumat görə, səfərdə məqsəd iyulun 1-2-də Qazaxıstanın paytaxtı Astanada keçiriləcək dünya dinləri və ənənəvi inanc liderlərinin qurultayında MDB müsəlman dini liderlərinin yeni yaradılan Məşvərət Şurasının sədri qismində iştirak etməkdir.

Dinlərarası dialoq və həmrəylik məsələlərinin inkişafına xidmət məramı ilə üçüncü dəfə keçiriləcək qurultay Qazaxıstan dövlətinin təşəbbüsü və dəstəyi ilə gerçəkləşir. Ənənəyə uyğun olaraq, Astanada baş tutan növbəti qurultayın mövzusu “Tolerantlığa, qarşılıqlı hörmətə əsaslanan dünya düzəninin qurulmasında dini liderlərin rolu” olacaq. Çoxsaylı din xadimləri, beynəlxalq təşkilat nümayəndələrinin dəvətli olduğu, habelə fəxri qonaqların da qatılacağı qurultayda QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin mövzu ilə bağlı çıxış edəcəyi nəzərdə tutulur.

A. Paşazadə QMİ-nin dinlərarası dialoq və əməkdaşlıq prosesinə verdiyi əməli töhfələrdən, Azərbaycanda mövcud və dünya üçün nümunə olan tolerantlıq ənənələrindən bəhs edəcək, bütün beynəlxalq tədbirlərdə olduğu kimi, Azərbaycan torpaqlarına erməni təcavüzünün fəsadları barədə məlumat verəcək.

Astana qurultayında İslam dünyasını Azərbaycandan başqa, Türkiyə, İran, Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, İndoneziya, Pakistan, Liviya və s. ölkələrin nümayəndələri təmsil edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR