Bank Of Baku

Gələn ilin aprelində Bakıda dünyanın dini liderlərinin iştirakı ilə sammit keçiriləcək - FOTOSESSİYA

Gələn ilin aprelində Bakıda dünyanın dini liderlərinin iştirakı ilə sammit keçiriləcək - <font color=red>FOTOSESSİYA</font>
# 01 iyul 2009 13:06 (UTC +04:00)
Astana. Ləman Ağayeva-APA. Astanada dünya dinləri və ənənəvi dinlərin liderlərinin forumunda iştirak edən Qafqaz müsəlmanları idarəsinin sədri, Şeyxülislam Paşazadə dini liderlərin üçüncü qurultaydakı görüşlərini çox əhəmiyyətli hadisə adlandırıb. APA-nın Qazaxıstandakı müxbirinin verdiyi məlumata görə, QMİ sədri bu cur forumların dövrün ehtiyacından irəli gəldiyini bildirib. Allahşükür Paşazadə Nursultan Nazarbayevin qurultayda iştirakını yüksək siyasi qiymət kimi dəyərləndirib: “Təkcə müsəlman dininin deyil, eləcə də başqa ənənəvi dinlərin nümayəndələrinin bu tədbirdə iştirakı insanlar və dinlər arasında dialoq, sülhün və qardaşlığın bərpa olunması üçün atılan addımlardan biridir. Bizim belə bir ali bayramda iştirakımız həm Azərbaycanın bugünkü yaşam tərzini dünyaya çatdırmaq, həm də ən böyük problemimiz olan Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasına nail olmaqdır”. İyulun 21-də YUNESKO-nun təşkilatçılığı ilə Bakıda müxtəlif dini konfessiyaların rəhbərlərinin konfransının keçiriləcəyini deyən Allahşükür Paşazadə həmçinin 2010-cu ilin aprelində dünyanın bütün dini liderlərinin Bakıda sammitinin keçiriləcəyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR