Bank Of Baku

Qafqaz Müsəlmanları İdarəsi Astanada nümayəndəlik açmağı planlaşdırır - FOTOSESSİYA

Qafqaz Müsəlmanları İdarəsi Astanada nümayəndəlik açmağı planlaşdırır - <font color=red>FOTOSESSİYA</font>
# 02 iyul 2009 14:38 (UTC +04:00)
Astana. Ləman Ağayeva-APA. Dünya din xadimləri və ənənəvi dinlərin liderlərinin Qazaxıstanda keçirilən 3-cü qurultayında iştirak edən Şeyxülislam Hacı Allahşükür Paşazadə, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli və Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin rəisi Müqəddəs Payızov Azərbaycan Qazaxıstandakı səfirliyində Azərbaycan diasporunun fəalları ilə görüşüblər. APA-nın Qazaxıstandakı müxbirinin verdiyi məlumata görə, görüş zamanı Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanda gedən inkişaf prosesləri haqqında soydaşlarımıza geniş məlumat verib. Qafqaz Müsəlmanları İdarəsinin Xarkovda, Moskvada nümayəndəliyinin olduğunu deyən Şeyxülislam Allahşükür Paşazadə Astanada da belə bir nümayəndəlik açmaq fikrində olduğunu deyib. Astana şəhəri və Akmola vilayəti ərazisində yaşayan azərbaycanlıların imamı Hacı Haşim Qədirov Astanada azərbaycanlılar üçün məscid tikmək fikrində olduqlarını bildirib. QMİ sədri məscidin tikintisi üçün onlara müəyyən köməklik göstərə biləcəklərini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR