Bank Of Baku

Təzəpir məscid kompleksi yenidənqurma və geniş tikinti işlərindən sonra istifadəyə verilib

Təzəpir məscid kompleksi yenidənqurma və geniş tikinti işlərindən sonra istifadəyə verilib
# 06 iyul 2009 13:50 (UTC +04:00)
Bakı – APA. İyulun 6-da əsaslı yenidənqurma və geniş tikinti işlərindən sonra Təzəpir məscid kompleksi istifadəyə verilib. Mərasimdə Azərbaycan prezidenti İlham Əliyev iştirak edib. Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə dövlət başçısına burada aparılan əsaslı yenidənqurma və tikinti işləri barədə ətraflı məlumat verib.

Bildirilib ki, kompleksdə ən yüksək səviyyədə yenidənqurma, tikinti və tərtibat işləri aparılıb. Dövlət başçısı kompleksə daxil olan Təzəpir məscidinə, mərasim zalına, Bakı İslam Universitetinin tədris korpusuna, kitabxanaya, Qafqaz Müsəlmanları İdarəsinin inzibati binasına baxıb. Prezident kompleksin iclas zalında yerli və xarici qonaqlar qarşısında çıxış edib.

Mərasimdə, həmçinin A. Paşazadə, Bakı və Xəzəryanı bölgə yeparxiyasının yepiskopu Aleksandr Ata, Dağ Yəhudiləri İcmasının sədri Semyon İxiilov, Vatikanın Azərbaycandakı apostol nunsisi Klaudio Qucerotti, Şimali Qafqaz Müsəlmanları Şurasının sədri İsmayıl Berdiyev çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR