Bank Of Baku

“Təzə Pir” Məscidində təmir-bərpadan sonra ilk kütləvi cümə namazı qılınıb

“Təzə Pir” Məscidində təmir-bərpadan sonra ilk kütləvi cümə namazı qılınıb
# 10 iyul 2009 11:41 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Bu gün “Təzə Pir” Məscidində təmir-bərpadan sonra ilk kütləvi cümə namazı qılınıb. APA-nın xəbərinə görə, cümə namazında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə xütbə oxuyub. Namazda İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami, İslam Araşdırmalar Mərkəzinin rəhbəri Ocaq Nicat, ümumilikdə 1000-dək şəxs ibadət edib. Məlumata görə, namazda şiələr və sünnilər bir yerdə ibadət ediblər. A. Paşazadə məsciddə hər həftə cümə namazı qılınacağını, tanınmış dindarların burada xütbə oxuyacaqlarını deyib.
Şeyxülislam xütbəsində Azərbaycandakı dini durumu müsbət qiymətləndirib, dindarları müasir olmağa, Qarabağı unutmamağa çağırıb. O, Azərbaycanda tolerantlıq hökm sürdüyünü deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR