Bank Of Baku

Allahşükür Paşazadə: “Dövlətin “Dini etiqad azadlığı haqqında” qanuna etdiyi dəyişikliklər dinə-imana qarşı deyil”

Allahşükür Paşazadə: “Dövlətin “Dini etiqad azadlığı haqqında” qanuna etdiyi dəyişikliklər dinə-imana qarşı deyil”
# 14 iyul 2009 11:21 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. “Dini etiqad azadlığı haqqında” qanunda Qafqaz Müsəlmanları İdarəsi və İslam Universitetinin xətti ilə xaricdə dini təhsil alan şəxslərin gələcək fəaliyyətinə yol var. Digər tərəfdən, qanunun geriyə qüvvəsi yoxdur. Ümumiyyətlə, qanuna edilən dəyişikliyi düzgün şərh etmək lazımdır. Bu dəyişiklik dini təhsilini təkmilləşdirməyə gedənlərə şamil olunmur”. APA-nın məlumatına görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə keçirdiyi mətbuat konfransınsa jurnalistlərin suallarını cavablandırarkən bildirib.
Onun sözlərinə görə, “Dini etiqad azadlığı haqqında” qanuna xaricdə dini təhsil alanların Azərbaycanda dini mərasimlərin idarə olunmasına məhdudiyyət qoyulması ilə bağlı edilən dəyişikliklər cəmiyyətdə birmənalı qarşılanmayıb. Şeyx deyib ki, cəmiyyətdə müəyyən qədər radikallıq var və bu dövlət üçün çətinliklər yaradır: “Mən ailə tanıyıram ki, öz uşağını 6-cı sinifdən çıxarıb xaricdə dini təhsil almaq üçün göndərib. Bu uşaqlar öz Vətənlərinə 20 yaşında qayıdırlar. İndi siz deyin, onlar necə öz ölkəsinin vətəndaşı ola bilərlər? Uşaq olanda imkansızlıqdan məktəbə anamın pencəyini geyinmişdim. Yəni özünün olmayan bir şeyi əyinə geyinməyin nə demək olduğunu çox yaxşı bilirəm. Dövlət qanunu dəyişirsə, öz vətəndaşlarını qoruyur. Biz “Əbu Bəkr” məscidində baş verən hadisəni unutmamalıyıq. Mənim bildiyimə görə, indiyə qədər xaricdə 5 minə yaxın azərbaycanlı tələbə dini təhsil alıb. Ancaq hamı bilməlidir ki, bizim xəttimizlə dini təhsilini təkmilləşdirmək üçün xaricə gedənlər olur. Bu qadağalar həmin şəxslərə şamil olunmur. Bu adamlar ibtidai dini təhsilini Azərbaycanda alır, sonra da bu təhsili təkmilləşdirmək üçün xaricə gedir. Bəzi adamlar isə uşaq yaşlarından xaricdə dini təhsil almağa göndərilir. Söhbət məhz bundan gedir. Yəni dövlətin qanuna etdiyi dəyişikliklər dinə-imana qarşı deyil”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR