Bank Of Baku

Marneulidə fəaliyyət göstərən İmam Əli (ə) məscidi imkansız soydaşlarımıza yardım edib

Marneulidə fəaliyyət göstərən İmam Əli (ə) məscidi imkansız soydaşlarımıza yardım edib
# 16 iyul 2009 10:34 (UTC +04:00)
Marneuli. Nizami Məmmədzadə - APA. Marneuli şəhərində fəaliyyət göstərən İmam Əli (ə) məscidi Gürcüstanda yaşayan imkansız soydaşlarımızla bağlı xeyriyyə tədbirləri həyata keçirir. Məscidin axundu Hacı Hacıyevin APA-ya verdiyi məlumata görə, 2004-cü ildə məsciddə yaradılmış İmam Əli (ə) Fonduna hər ay könüllü olaraq 250-300 nəfər maddi yardım göstərir: “Beş il ərzində fondun hesabına 30 nəfər xəstənin əməliyyat xərcləri ödənilib. Fondun nümayəndələri tez-tez soydaşlarımızın saxlandığı təcridxanalarda olur, onlara maddi və mənəvi dəstək verirlər. Məsciddə dini-elmi, mədəni-maarif sahəsində müxtəlif tədbirlər həyata keçirilir, digər məscidlərdə, dini cəmiyyətlərdə gürcü və ingilis dillərini pulsuz olaraq uşaqlara öyrətmək üçün kömək edilir”.
Qeyd edək ki, bünövrəsi 1739-cu ildə qoyulan İmam Əli (ə) məscidi 1998-ci ildə yenidən tikilib, 2000-ci ildə onun təntənəli açılışında Gürcüstanın sabiq prezidenti Eduard Şevardnadze iştirak edib.
Məscidin tikintisində Tiflis Cümə məscidinin axundu Məşədi Əli Əliyevun və adlarını çəkə bilmədiyimiz imkanlı soydaşlarımızın böyük xidmətləri olub. Məscidin memarlıq və tikinti icrasını Şəki ustaları yüksək keyfiyyətlə başa çatdırıblar.
və bir qrup gənc onun fəal üzvü seçilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR