Bank Of Baku

Allahşükür Paşazadə dinlərarası dialoq üzrə yüksək səviyyəli işçi qrupun ilk yığıncağında iştirak edəcək

Allahşükür Paşazadə dinlərarası dialoq üzrə yüksək səviyyəli işçi qrupun ilk yığıncağında iştirak edəcək
# 20 iyul 2009 08:20 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə dinlərarası dialoq üzrə yüksək səviyyəli işçi qrupun ilk yığıncağında iştirak edəcək. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Moskva və bütün Rusiyanın patriarxı Kirillin sədrlik edəcəyi yığıncaq iyulun 22-də Moskvadakı Müqəddəs Daniil monastırında keçiriləcək. İclasda UNESCO-nun baş katibi Koitiro Matsura, Dünya İslam Liqası baş katibinin müavini Məhəmməd Həyat, İsrailin baş ravvini Yona Metsger, ABŞ-dakı “Vicdanın çağırışı” Fondunun rəhbəri, ravvin Artur Şnayer, Almaniya Yevangelist Kilsəsinin xarici ölkələr və digər xristian konfessiyaları ilə əlaqələr üzrə idarəsinin rəhbəri, yepiskop Martin Şindexyütte, Vatikanın Rusiyadakı nümayəndəsi, arxiyepiskop Antonio Menini də iştirak edəcək. Toplantıda dinlərarası münaqişələrin həlli, dini diffamasiyanın əngəllənməsi və silahlı münaqişələr zamanı dini abidələrin mühafizəsi məsələləri müzakirə olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR