Bank Of Baku

UNESCO yanında Dini Liderlərin Məşvərətçi Qrupunun daimi katibliyi olacaq

UNESCO yanında Dini Liderlərin Məşvərətçi Qrupunun daimi katibliyi olacaq
# 22 iyul 2009 13:15 (UTC +04:00)
Moskva. R.Mətləboğlu – APA. Bu gün Moskvada UNESCO yanında Dini Liderlərin Məşvərətçi Qrupunun təsis olunması ilə bağlı mətbuat konfransı keçirilib. APA-nın Moskva müxbirinin məlumatına görə, konfransı açıq elan edən UNESCO-nun baş direktoru Koisiro Matsuura qurumun yaradılması üçün görülən işlərdən razılığını bildirib: “Bu qurum UNESCO-ya korporativ tərəfdaş qismində daxil olacaq. Bu, daha fəal əməkdaşlıq üçün yeni imkanlar açır”.

Rus Pravoslav Kilsəsinin başçısı, Moskva və Ümumrusiya Patriarxı Kirill isə qeyd edib ki, görüş iştirakçıları Məşvərətçi Qrupun konsepsiyası barədə razılaşma əldə ediblər: “Bu konsepsiya əsas sənədin tərkib hissəsi olacaq. Konsepsiyanın mahiyyəti ondan ibarətdir ki, Məşvərətçi Qrup UNESCO-ya daxil olmayacaq. Bu isə öz növbəsində daha geniş əməkdaşlığa imkan yaradacaq. Qrup öz müstəqilliyini və azadlığını saxlayaraq məhz dini təşkilatlara tabe olacaq. Lakin eyni zamanda UNESCO ilə korporativ tərəfdaşlıq edəcək. UNESCO-nun imtiyazlı tərəfdaşı olmaqla Məşvərətçi Qrup UNESCO gündəmində olan məsələlərin dini ekspertizasını həyata keçirəcək”.

Moskva və Ümumrusiya Patriarxının sözlərinə görə, mütəxəssislərdən ibarət işçi qrupu yaradılacaq və onların hazırlayacağı detallaşdırılmış sənəd UNESCO-ya təqdim ediləcək: “Biz razılaşdıq ki, Parisdə müvafiq məsələlərə dair beynəlxalq katiblik yaradılsın. Onun əsas məqsədi dünya dinləri arasında daimi dialoqun həyata keçirilməsi olacaq. Katiblik üzvlərinin görüşləri müntəzəm xarakter daşıyacaq, onun işinə dünya dinlərinin yüksək səviyyəli nümayəndələri qatılacaq”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR