Bank Of Baku

Ərəb ölkələri “donuz qripi” təhlükəsi ilə əlaqədar yaşlı müsəlmanları Həcc ziyarətindən çəkinməyə çağırıb

Ərəb ölkələri “donuz qripi” təhlükəsi ilə əlaqədar yaşlı müsəlmanları Həcc ziyarətindən çəkinməyə çağırıb
# 23 iyul 2009 15:24 (UTC +04:00)
Qahirə-APA. Ərəb ölkələri səhiyyə nazirlərinin Qahirədə “donuz qripi”nin yayılmasına qarşı mübarizəyə həsr olunmuş toplantısında dünya müsəlmanlarına müraciət qəbul olunub. APA-nın məlumatına görə, müraciətdə “donuz qripi”nin yayılması ilə əlaqədar uşaqların və yaşlı şəxslərin bu il Həccə getməməsi tövsiyə olunub. Ümumdünya SƏhiyyə Təşkilatının Misir nümayəndəliyinin rəhbəri İbrahim əl-Kerdani bildirib ki, səhiyyə nazirləri yaşı 12-dən kiçik və 65-dən böyük olan şəxslərə, həmçinin xroniki xəstəliklərdən əziyyət çəkənlərə Həccə getməyi məsləhət görmürlər. O, Həcc ziyarətinin məhdudlaşdırılması qərarının ərəb dövlətləri tərəfindən dəstəkləndiyini qeyd edib. Qeyd edək ki, bu il Məkkə və Mədinədəki müqəddəs yerləri 2 milyon müsəlmanın ziyarət edəcəyi proqnozlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR