Bank Of Baku

Azərbaycandan Həcc ziyarətinə avtobusla getmək üçün ayrılan yerlər dolub

Azərbaycandan Həcc ziyarətinə avtobusla getmək üçün ayrılan yerlər dolub
# 25 iyul 2009 09:50 (UTC +04:00)
Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsindən bildirilib. Məlumata görə, avtobusla Həccə getmək istəyənlər üçün ayrılan 300 nəfərlik yerə sənəd qəbulu başa çatıb. Təyyarə ilə ziyarətə getmək istəyənlərin isə sənədlərinin qəbulu davam etdirilir. İdarədən, həmçinin bildirilib ki, Həcc ziyarətində iştirak edəcək zəvvarlardan qrip əleyhinə vaksin vurdurmaları ilə bağlı arayış tələb olunacaq.

Qeyd edək ki, bu il Qafqaz Müsəlmanları İdarəsi Həcc ziyarəti üçün ayrılan kvotanı 6 mindən, 2 min nəfərə qədər azaldıb.

Həcc ziyarəti noyabrın əvvəllərində başlayacaq.

Xatırladaq ki, bu il Həcc ziyarətinin qiymətində dəyişiklik baş verməyib. Belə ki, bu il Həccə getmək istəyənlər ötən il olduğu qədər - avtobusla 2 min manat, təyyarə ilə isə adambaşına yerləşmədən asılı olaraq, 3500-5000 manat ödəməli olacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR